Bu liseyin 34 məzunu Türkiyənin nüfuzlu universitetlərinə qəbul olunub

17:25 09.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-ci il Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunları üçün uğurlu olub.

Hafta.az xəbər verir ki, Bakı Türk Liseyini 2025-ci ildə bitirən məzunlardan 34 nəfər YTB təqaüdü ilə Türkiyənin nüfuzlu universitetlərinə qəbul olunub.

Onlardan əlavə, 17 məzun “Üstün başarı bursu” qazanıb.

“Məzunlarımızdan 17 nəfəri tibb, 13 nəfəri mühəndislik, 4 nəfəri isə digər ixtisaslara qəbul olunub. Məzunlarımızı bu təqaüdə layiq görən YTB nümayəndələrinə təşəkkürümüzü bildirir, uğur qazanan gənclərimizə təhsil həyatlarında yeni nailiyyətlər arzulayırıq”, - deyə Bakı Türk Liseyinin açıqlamasında bildirilib.